İyunun 1-dən etibarən yeni astroloji dövrün başlanması ilə bağlı Şərq astroloqları bir sıra bürclər üçün daha uğurlu mərhələnin başladığını bildirirlər. Xüsusilə Hindistanın vedik astrologiya məktəbinin nümayəndələri hesab edirlər ki, iyun ayı bəzi bürclər üçün maliyyə, karyera və şəxsi münasibətlər baxımından mühüm imkanlar yaradacaq.
“Yeni Sabah” xəbər verir ki, Hindistanın məşhur astroloji platformalarının son proqnozlarında ən çox vurğulanan üç bürc Əkizlər, Buğa və Şir bürcü olub.
Əkizlər – Ayın əsas favoriti pizza mizza
Vedik astroloq Astro Arun Panditin iyun ayı ilə bağlı proqnozunda Əkizlər bürcünün xüsusi olaraq ön plana çıxdığı bildirilir. Onun sözlərinə görə, Merkuri, Venera və Yupiterin harmonik təsiri nəticəsində Əkizlər bürcü nümayəndələrinin həyatında sürətlənmə müşahidə olunacaq.
Astroloq hesab edir ki, iyun ayı ərzində yeni iş təklifləri, gəlir imkanları və şəxsi münasibətlərdə irəliləyişlər mümkündür. Xüsusilə kommunikasiya, media, təhsil və texnologiya sahəsində çalışanlar üçün daha məhsuldar dövr gözlənilir.
Buğa – Maliyyə sabitliyi dövrü başlayır
Şərq astroloqlarının diqqət çəkdiyi ikinci bürc isə Buğadır.
Onlar bildirirlər ki, Saturn və Şimal Ay Düyününün təsiri Buğa bürcü nümayəndələrinə uzunmüddətli maliyyə sabitliyi qazandıra bilər. Proqnozlarda xaricə çıxmaq, yeni əməkdaşlıqlar qurmaq və investisiya qərarları ilə bağlı müsbət siqnallar yer alıb.
Arun Pandit də qeyd edir ki, iyunun ortalarından sonra Buğa bürcünün maliyyə vəziyyətində hiss olunan yaxşılaşma baş verə bilər. Əvvəllər gecikən layihələrin yenidən aktivləşməsi ehtimalı da vurğulanır.
Şir – Nüfuz və karyera yüksəlişi
Şir bürcü iyun ayında ən şanslı bürclər sırasında göstərilən üçüncü bürcdür.
Hindistanlı astroloq Dr. Monia Singh 2026-cı il üzrə geniş proqnozunda Şir bürcünü “günəş ili yaşayan bürc” adlandırıb. Onun fikrincə, dövlət qurumları, rəhbər vəzifələr, hüquq və idarəetmə sahəsində çalışan Şirlər üçün yüksəliş imkanları yaranacaq.
Onlar hesab edirlər ki, iyun ayında Şir bürcü nümayəndələri rəhbərlikdən dəstək görə, nüfuzlarını artıracaq qərarlar verə və uzun müddətdir gözlədikləri nəticələri əldə edə bilərlər.
Bəs bu dəyişikliklərin səbəbi nədir?
Vedik astrologiyada iyun ayının əsas hadisələrindən biri Yupiter planetinin mövqeyi ilə əlaqələndirilir. Astroloqlar bildirirlər ki, Yupiterin iyun ayında yaratdığı enerji axını maliyyə, təhsil, şəxsi inkişaf və münasibətlər sahəsində bəzi bürclərə əlavə dəstək verir.
Bununla yanaşı, Merkuri və Veneranın mövqelərindəki dəyişikliklərin də ünsiyyət, əməkdaşlıq və yeni tanışlıqlar baxımından əlverişli şərait yaratdığı qeyd olunur.
Qeyd edək ki, vedik astrologiya Hindistanda min illər əvvəl yaranmış ənənəvi astroloji sistemdir. Bu sistemdə insanların taleyi və xarakteri planetlərin və ulduzların doğulduqları andakı mövqeyinə əsasən şərh edilir. Vedik astrologiya Qərb astrologiyasından fərqli olaraq səmanın real ulduz mövqelərini əsas götürür və Hindistanda "Cyotiş" (işıq elmi) adlanır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız