Kadir İnanırın gizli saxlanılan 3 vəsiyyəti açılır – TARİX BƏLLİ OLDU

saytların hazırlanması

Evə çatdırılma

Kadir İnanırın gizli saxlanılan 3 vəsiyyəti açılır – TARİX BƏLLİ OLDU

Şou

16 Sentyabr 2026 13:53 114


Türkiyənin tanınmış aktyoru Kadir İnanırın ölümündən sonra hazırladığı vəsiyyətlərlə bağlı gözlənilən tarix açıqlanıb. Məlum olub ki, sənətçinin üç ayrı vəsiyyəti var.

“Yeni Sabah” xəbər verir ki, Türk kinosunun tanınmış simalarından olan Kadir İnanır mayın 14-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, sənətçi iyunun 26-da müalicə aldığı xəstəxanada 77 yaşında vəfat edib.

İnanırın ölümündən sonra onun mirasının necə bölüşdürüləcəyi maraq doğurub. pizza

Sənətçinin həyatının müxtəlif dövrlərində üç ayrı vəsiyyət hazırladığı üzə çıxıb. O, ilk vəsiyyətini 2015-ci ildə yazıb. 2022-ci ildə isə notarius qarşısında daha iki vəsiyyət hazırlayıb. Vəsiyyətlərin məzmunu indiyədək açıqlanmayıb. Daha əvvəl hüquqi prosedurlar başa çatdıqdan sonra sənədlərin sentyabr ayında açılacağı bildirilmişdi.

Kadir İnanırın üç vəsiyyətinin sentyabrın 17-də İstanbulun Beykoz Rayon Məhkəməsində açılacağı bildirilib. Vəsiyyətlər açıldıqdan sonra sənətçinin əmlakının kimlərə və hansı formada vəsiyyət etdiyi rəsmiləşəcək.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!