Qalstanyanın ev dustaqlığı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Qalstanyanın ev dustaqlığı uzadıldı

Dünya

19 Noyabr 2026 17:35 64


Ermənistan mediasının yaydığı məlumata əsasən, ölkə məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha üç ay artırıb.

“Yeni Sabah” xəbər verir ki, Baqrat Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Cari ilin iyun ayının əvvəlində isə məhkəmə qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.

Ermənistan İstintaq Komitəsinin irəli sürdüyü rəsmi ittihamlara görə, arxiyepiskop Baqrat Qalstanyan və onun rəhbərlik etdiyi "Müqəddəs mübarizə" hərəkatının üzvləri terror aktları törətmək və ölkədə hakimiyyəti zorakı yolla ələ keçirmək məqsədilə planlar hazırlamaqda təqsirləndirilirlər. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Online alış-veriş

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!