“Yaprak dökümü”nün Fikret və Cevriyesi 20 il sonra yenidən bir arada

saytların hazırlanması

Evə çatdırılma

“Yaprak dökümü”nün Fikret və Cevriyesi 20 il sonra yenidən bir arada

Şou

19 Noyabr 2026 17:20 47


“Yaprak dökümü” serialında Fikret və Cevriye obrazlarını canlandıran aktrisalar Bennu Yıldırımlar və Güler Ökten 20 il sonra eyni layihədə bir araya gəliblər.

“Yeni Sabah” xəbər verir ki, aktrisalar “Aşk tesadüfleri sever 3” filmində eyni obrazın fərqli yaşlarını canlandırıblar.

Filmdə Güler Ökten Mavinin nənəsi Elifin yaşlılığını, Bennu Yıldırımlar isə həmin obrazın gənclik illərini oynayıb. Ömər Faruk Sorak və İpek Sorakın rejissorluğu ilə çəkilən ekran əsərinin təqdimatı İstanbulda baş tutub. İki aktrisa tədbirdə birlikdə görüntülənib. ShopByBro

2006-2010-cu illərdə yayımlanan “Yaprak dökümü” serialında Bennu Yıldırımlar Fikret, Güler Ökten isə onun qayınanası Cevriye obrazını canlandırıb. Gəlin və qayınana arasındakı gərgin münasibətlər serialın yaddaqalan məqamlarından olub.

Filmin rejissoru İpek Sorak bəzi səhnələrdə aktyorları cavanlaşdırmaq üçün süni intellektdən istifadə edib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!