Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin 2026-cı ilin ilk 10 ayı üzrə istehlakçı müraciətlərinə dair ötən ilin müvafiq dövrü ilə müqayisəli statistikanı açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, cari ilin yanvar–oktyabr aylarında Agentliyə 8 766-sı yeni və 494-ü əvvəlki ildən qalan olmaqla ümumilikdə 9 260 müraciət daxil olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə (6 390-ı yeni və 663-ü əvvəlki ildən qalan olmaqla cəmi 7 053 müraciət) müqayisədə nəzərəçarpacaq artım deməkdir.
Hesabat dövründə daxil olan müraciətlərdən 6 080-nin Agentlikdə baxılması yekunlaşıb, 2 312-si aidiyyəti orqanlara göndərilib, 868 müraciətin icrası isə növbəti aylarda davam etdirilib. Eyni zamanda, 2 399 müraciət təmin edilərək istehlakçılara ümumilikdə 314 997,5 manat vəsait geri qaytarılıb və 41 protokol tərtib olunub. Sərfəli qiymətə məhsullar
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 10 ayında 5 032 müraciətə baxılması yekunlaşmış, 1 560 müraciət aidiyyəti orqanlara yönləndirilmiş, 461 müraciətin icrası davam etdirilmiş və 51 protokol tərtib edilmişdi. Ötən ilin eyni dövründə 2 105 müraciətin təmin olunması nəticəsində istehlakçılara 301 792,1 manat vəsait qaytarılmışdı.
Cəlalə Cəlalqızı
Telegram kanalımız