Kamran Əliyev onları prokuror təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Kamran Əliyev onları prokuror təyin etdi

Sosial

20 Aprel 2022 15:54 639


Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Xocalı rayon prokuroru Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə vəzifəsindən azad edilərək Tovuz rayon prokuroru təyin olunub. Pepperoni pizza

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!