“Kamran Əliyev uğurlu seçim idi” - Fazil Mustafa

saytların hazırlanması

Evə çatdırılma

“Kamran Əliyev uğurlu seçim idi” - Fazil Mustafa

Siyasət

02 May 2020 16:30 1041


“Prokurorluğun bütün mərhələlərində işləyərək öz zəhmətilə ən aşağı vəzifələrdən bura qədər gəlmək elə-belə məsələ deyil”.

Bunu Yenisabah.az-a Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bir neçə gündür ki, müzakirə edilən yeni Baş prokuror təyinatına münasibət bildirərkən deyib. Onun fikrincə, Baş prokuror postuna Kamran Əliyevin namizədliyinin irəli sürülməsi uğurlu seçim idi.

“Ona görə də düşünürəm ki, uğurlu fəaliyyət ortaya qoyacaq və Prezidentin onunla söhbətində sadaladığı prinsiplərə ciddi şəkildə əməl edəcək. Qeyd edim ki, Prezidentin Kamran Əliyevlə söhbətində diqqətçəkən məqam islahatlar dövrünün hüquq sistemində göstərməli olduğu fəaliyyətin vacibliyinin vurğulanması idi. Hesab edirəm ki, bu məsələlərin üzərinə ciddi gediləcək”, - deyə deputat bildirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!