Kanalizasiya qazırdılar, altından 1000 illik sirr çıxdı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Kanalizasiya qazırdılar, altından 1000 illik sirr çıxdı - FOTOLAR

Dünya

31 İyul 2026 22:16 105


Hollandiyada kanalizasiya və yağış sularının axıdılması sistemi üçün aparılan qazıntı işləri zamanı gözlənilməz tarixi tapıntı aşkarlanıb.

"Yeni Sabah" xəbər verir ki, Hollandiyanın Veyk-bey-Duurstede (Wijk bij Duurstede) qəsəbəsində işçilər qazıntı zamanı torpağın altından böyük taxta parçası çıxarıblar. Qazıntı sahəsində çalışan həvəskar arxeoloq Denni van Basten tapıntının adi ağac olmadığını müəyyən edib və bundan sonra əraziyə mütəxəssislər cəlb olunub.

Məlumata görə, tapılan taxta parçasının uzunluğu 3,2 metr, qalınlığı isə 30 santimetrdir. Üzərindəki xüsusi kəsiklər və emal izləri bunun iri bir gəminin onurğa hissəsi və ya daşıyıcı konstruksiyası ola biləcəyini göstərir. Sezar pizza

Tapıntının aşkar edildiyi ərazi vaxtilə Avropanın ən böyük və zəngin liman şəhərlərindən biri hesab olunan qədim Dorestad yaşayış məntəqəsinin yerləşdiyi ərazidir. VII-IX əsrlərdə bu şəhər Reyn çayı vasitəsilə İngiltərə, Almaniya və Skandinaviya ilə geniş ticarət əlaqələrinə malik olub. Tədqiqatçılar hesab edirlər ki, tapılan taxta parçası təxminən 1000 il əvvələ, yəni Vikinq dövrünə aid çay ticarət gəmisinin qalığı ola bilər.

Hazırda tapıntı xüsusi üsullarla qorunur. Onun yaşı laboratoriyada ağac halqalarının analizi (dendroxronologiya) vasitəsilə dəqiqləşdiriləcək. Araşdırmalar ehtimalı təsdiqləyərsə, bu kəşf orta əsr dənizçilik tarixi ilə bağlı yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!