“Karantin cərimələrini bağışlamaq lazımdır” - Deputatdan   ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

“Karantin cərimələrini bağışlamaq lazımdır” - Deputatdan ÇAĞIRIŞ

Sosial

31 Avqust 2021 23:11 1129


Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev izah edib ki, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir.

Bu xəbərdarlıq cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar hesab edirlər ki, pandemiyanın və karantin rejiminin davam etdiyi vəziyyətdə belə bir addımın atılması əhalini yenidən çətin duruma sala bilər. pizza

Məsələ barədə Modern.az-a danışan deputat Fazil Mustafa karantin cərimələrini ödəməyənlərin axtarışa verilməsinə etirazını bildirib.

Onun sözlərinə görə, cərimədən yayınanlara güzəşt etmək, onları bağışlamaz lazımdır.

“Pandemiyanın şərtləri, yaratdığı çətinlik getdikcə ağırlaşır. İnsanları daha çıxılmaz vəziyyətə salmağımız düzgün deyil. Hesab edirəm ki, həmin cərimələrin bağışlanması mümkündür”.

Parlament səviyyəsində məsələ ilə bağlı fikir səsləndirilməsinə gəlincə, Fazil Mustafa xatırladıb ki, Milli Məclisin payız sessiyasının başlamasına hələ müəyyən qədər vaxt var:

“Ona görə hələlik bu problemlə bağlı yalnız fikir söyləyə bilərik. Ciddi narazılığa səbəb olduğu halda məsələ parlamentə daşına bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!