Kardi B öldükdən sonra milyonları kimə qalacaq?

saytların hazırlanması

Evə çatdırılma

Kardi B öldükdən sonra milyonları kimə qalacaq?

Şou

24 Sentyabr 2026 09:30 82


Amerikalı reper Kardi B vəfatından sonra sərvətinin varislərinə qalmasını təmin etmək üçün planlarını elan edib.

“Yeni Sabah” xəbər verir ki, o, keçmiş əri Offsetdən olan 3 övladı, eləcə də Stefon Diqsdən olan körpəsi üçün gələcəkdə daşınmaz əmlak və nağd vəsait saxlamaq istədiyini bildirib.

Kardi B deyib ki, yalnız musiqidən əldə olunan royaltilərin uşaqlarına qalmasını istəmir. Buna görə də sərvətini müxtəlif aktivlərə yönəltməyi planlaşdırır: Pepperoni pizza

“Düşünürdüm ki, mən bu dünyadan köçsəm, uşaqlarımın əlində sadəcə musiqi royaltiləri qalacaq və onlar bununla bağlı insanlarla mübahisə etməli olacaqlar. Onların bir neçə əmlakı və likvid pulları olacaq”.

33 yaşlı müğənni övladlarının gələcəyi üçün maddi təminatla yanaşı, təhsil və zəhmətə də böyük önəm verdiyini vurğulayıb.

O, uşaqlarına tənbəl olmamağı, öz ayaqları üzərində dayanmağı və valideynlərinin uğurlarından asılı qalmadan öz həyatlarını qurmağı tövsiyə etdiyini deyib.

Kardi B böyük qızının artıq onun saç baxımı şirkətinin reklamında rol aldığını və gələcəkdə kamera qarşısında uğurlu karyera qura biləcəyinə inandığını bildirib.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!