Keçirilən növbəti hərracda 155 avtomobil öz sahibini tapdı

saytların hazırlanması

Evə çatdırılma

Keçirilən növbəti hərracda 155 avtomobil öz sahibini tapdı

Avto

14 Oktyabr 2026 11:35 69


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 13-də təşkil olunan hərracda 155 nəqliyyat vasitəsi satılıb.

“Yeni Sabah” xəbər verir ki, hərrac zamanı bəzi nəqliyyat vasitələri üzrə ciddi rəqabət yaşanıb. Belə ki, ilkin qiyməti 5.000 manat müəyyən edilmiş “Hyundai Sonata” markalı avtomobil 9.000 manata, start qiyməti 4.000 manat olan “Chevrolet Niva” isə 7.800 manata öz alıcısını tapıb.

Satılmış nəqliyyat vasitələrinin tam siyahısı ilə Dövlət Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür. pizza mizza

Məlumat üçün bildirək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracların oktyabrın 20-si və 27-də keçirilməsi planlaşdırılır.

Hərraclarda iştirak etmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” portalları vasitəsilə seçim edə bilərlər.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!