Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə etdi

Siyasət

13 İyul 2026 20:46 74


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

​Bildirilib ki, protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Pepperoni pizza

Sonra general-polkovnik Kərim Vəliyev Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.

Görüşdə Azərbaycanla Belarus arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Qələbə meydanındakı Qələbə abidəsini ziyarət edərək abidə önünə əklil qoyub.

Daha sonra qonaqlar Belarus Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) bölməsini ziyarət edib, akademiyanın tədris-maddi bazası və laboratoriyaları ilə tanış olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!