Kəşfiyyat direktoru Moskvaya niyə getmişdi?   - “Ayı“ ilə məxfi görüş

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat direktoru Moskvaya niyə getmişdi? - “Ayı“ ilə məxfi görüş

Dünya

15 Aprel 2022 10:53 1498


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ötən ilin oktyabrında Moskvaya məhz Putini xəbərdar etmək üçün gedib.

Yenisabah.az “Ekonomist”ə istinadla xəbər verir ki, bu barədə sözügedən Böyük Britaniya nəşrinin “Uilyam Börns və “Ayı” əhvalatı” adlı təhlilində qeyd olunur.

“Keçən ilin əvvəlində İordaniya təhlükəsizlik xidməti kral Abdullaha qarşı sui-qəsd hazırladığını, ögey qardaşı, Səudiyyə Ərəbistanı və bəzi bədəvi qəbilələrinin çevriliş cəhdində iştirak etdiyini açıqlamışdı. Marqarita pizza

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru və ABŞ-ın İordaniyadakı keçmiş səfiri Uilyam Börns Ağ Evi ABŞ-ın əsas müttəfiqini gözləyən təhlükə barədə məlumatlandırıb. Bu böhranı aradan qaldırdıqdan sonra İordaniya kralı Baydenlə görüşən ilk ərəb lideri olub”, - deyə “Economist” qeyd edib.

Təhlilin davamında vurğulanır:

“O dövrdə ən az diqqət çəkən Börnsün bu hadisədəki rolu idi. 66 yaşlı diplomat rus və ərəb dillərini mükəmməl bilir, işlədiyi müddətdə 5 prezident görüb və Moskvada 2 vəzifə tutub: birincisi Boris Yeltsinin dövründə, ikincisi isə Vladimir Putinin dövründə. Börns Rusiya liderini yaxşı tanıyır. Baydenin onuntək bu qədər etibar etdiyi cəmi bir neçə məsləhətçi var.

Börns Ukrayna böhranında əsas rol oynayıb. O, ABŞ və Britaniya casuslarının Rusiya müharibəsindən xəbər tutmasından sonra, keçən ilin oktyabrında Moskvaya göndərilib. Börns Vladimir Putinə nəticələrin nə olacağı barədə xəbərdarlıq edib.

Müharibənin qaçılmaz olduğuna əmin olan Uilyam Börns Britaniya-Amerika casuslarının məlumatlarını açıqlamaqla, avropalı bədbin müttəfiqləri Putinin planlarına inandırmağa başlayıb. 

Son onilliklərdə Amerika kəşfiyyatı nadir hallarda belə aydın qələbə qazanıb. Bu, uzun illər ərzində kəşfiyyat xidmətinin ən yaradıcı və uğurlu tətbiqlərindən biri olub.

Ulyam Börnsün Rusiya ilə bağlı aydın fikirləri həmin ölkədəki vəziyyəti dərindən dərk etməyə kömək edir. O, Rusiyaya çoxsaylı səfərlər edib, bu ölkənin daxili vəziyyətini yaxşı bilir.

Börns ABŞ-ın Rusiya haqqında institusional biliklərinin birnəfərlik anbarıdır. O, siyasətçilərin yüksək qiymətləndirdiyi ciddi Amerika diplomatiya ənənəsini əks etdirir.

Milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan deyib: “Rusiyanı Börnsdən yaxşı tanıyan yoxdur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!