Kim Kardaşyana verilən təzminat şok yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Kim Kardaşyana verilən təzminat şok yaratdı

Şou

21 Sentyabr 2026 16:31 127


Kim Kardaşyanın 10 il əvvəl Parisdə silahlı qarətə məruz qalması ilə bağlı məhkəmə prosesi başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, 2016-cı il oktyabrın 3-də beş maskalı şəxs Kardaşyanın qaldığı lüks otelə daxil olaraq onu silahla hədələyib və 6 milyon dollar dəyərində zinət əşyaları oğurlayıb.

Oğurlanan əşyalar arasında həmin vaxt həyat yoldaşı olan Kanye Uestin hədiyyə etdiyi 4 milyon dollarlıq brilyant nişan üzüyü də olub. Dördpendirli pizza

İllərdir davam edən məhkəmə prosesinin sonunda Kardaşyana maddi zərərə görə cəmi 1 avro təzminat ödənilməsi qərara alınıb. Hadisə zamanı oteldə olan rəfiqəsi Simone Harouche üçün də eyni məbləğ müəyyənləşdirilib.

Kardaşyan və Harouche qərardan sonra “People” jurnalına açıqlamalarında Fransa ədliyyəsinə minnətdarlıqlarını bildirərək 2016-cı il hadisəsinin qurbanları kimi tanındıqlarını qeyd ediblər.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!