Koronavirus fonduna yığılan pullar sosial sahələrdə istifadə olunacaq  - Mühüm açıqlama
28 May 2020 22:39
591

Koronavirus fonduna yığılan pullar sosial sahələrdə istifadə olunacaq - Mühüm açıqlama

Koronavirusla Mübarizəyə Dəstək Fonundan toplanan vəsait sosial xərclərin qarşılanmasına yönəldiləcək.

Yenisabah.az xəbər verir ki, bunu fondun ictimai nəzarət şurasının üzvü, xalq artisti Fərhad Bədəlbəyli Xəzər Xəbər-ə müsahibəsində bildirib. O, fondun bütün xərcələmələrinin şəffaf şəkildə həyata keçiriləcəyini və hər bir şəxsin prosesə nəzarət edə biləcəyini də bildirib.

Koronavirusla Mübarziəyə Dəstək Fonduna toplanmış 113 milyon manatdan çox vəsaitdən hər hansı xəstəxanaların avadanlıq və vasitlə təmin edilməsinə istifadə edilməyəcək. Çünki, dövlət tərəfindən xəstəxanalar kifayət qədər yaxşı şəkildə təchiz olunub və digər aidiyyatı dövlət qurumları da onlara hər hansı əlavə vəsaitin lazım olmadığını bildiriblər. Bu fikirləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun ictimai nəzarət şurasının üzvü , xalq artisti Fərhad Bədəlbəyli Xəzər Xəbər-ə müsahibəsində bildirib. O, qərar verilərkən ictimai rəyə diqqət yetiriləcəyini qeyd edib.

Fərhad Bədəlbəyli ilk iclasda fonundan vəsaitlərinin xərclənməsi ilə bağlı bir sıra təkliflərin səsləndirilyini, onların içində həkimlərin ailə üzvlərinin sığortlanması məsələsinin də olduğunu bildirib.

Xalq artisti Fərhad Bədəlbəyli insanları bu xəstəliyə qarşı məsuliyyətli olmağa çağırıb. O, hazırda dövlət tərəfindən bütün lazimi addımların atıldığını, amma xəstəliyin yayılmaması üçün əsas məsuliyyətin vətəndaşların üzərində olduğunu bildirib.

Xalq artisti növbəti həftə ərzində İctimai Nəzarət Şurasının növbəti iclasının gözlənildiyini və həmin iclasda yeni qərarların veriləcəyini qeyd edib.

Oxşar xəbərlər