Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın artan təcrid fonunda Çindən iqtisadi və siyasi asılılığının kritik həddə çatdığını bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, nazir Moskva və Pekin arasındakı mövcud münasibətləri qiymətləndirərkən Çinin Rusiya üzərində getdikcə artan təsirinə diqqət çəkib.
Sikorskinin sözlərinə görə, Qərb sanksiyalarından sonra Rusiya iqtisadiyyatının Çin məhsullarından və kapitalından asılı hala düşməsi Moskvanın uzunmüddətli strateji maraqlarına ciddi zərbə vurur: Dominos pizza
"Çin Rusiya bazarını ələ keçirir. Rusiya Çin üçün çox, həddindən artıq kiçik tərəfdaşa çevriləcək. Əgər rus millətçisi olsaydım, bundan dəhşətə gələrdim", — deyə Polşa diplomatiyasının rəhbəri vurğulayıb.
Polşalı nazir əlavə edib ki, Kremlin yürütdüyü mövcud xarici siyasət Rusiyanı bərabərhüquqlu müttəfiq kimi deyil, Pekinin kiçik tərəfdaşı və xammal bazası mövqeyinə salır. Ekspertlər də Sikorskinin bu bəyanatını Rusiyanın şərq qonşusundan artan asılılığının geostrateji nəticələrinə verilən kəskin qiymət kimi dəyərləndirirlər.
Nazim Hacıyev
Telegram kanalımız