“Qərb ölkələrinin Rusiyanı təcrid etmək xətti tamamilə iflasa uğrayıb. Eləcə də bu gün Vaşinqton və onun müttəfiqlərinin beynəlxalq ictimaiyyəti qondarma qaydalara əsaslanan nizamda yaşamağa məcbur etmək cəhdləri uğursuzluğa düçar olub".
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dünya Çoxqütblü Onlayn Konfransınındakı videomüraciətdə bildirib.
XİN rəhbəri qeyd edib ki, qlobal çoxqütblülük hərəkatı bu gün faktdır, hətta geosiyasi reallıqdır: pizza mizza
“Görürük ki, ilk növbədə, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikası regionunda yeni dünya mərkəzləri müstəqilliyə, dövlət suverenliyinə, mədəni və sivilizasiya kimliyinə arxalanaraq, müxtəlif sahələrdə necə təsir edici uğurlar əldə edirlər”.
Lavrovun sözlərinə görə, müasir çoxqütblü dünyada qarşıdurmanın yeganə ağlabatan alternativi əsas dünya mərkəzlərinin səylərinin BMT Nizamnaməsinin prinsipləri əsasında birləşdirilməsi, o cümlədən dövlətlərin suveren bərabərliyinə hörmətin təmin edilməsidir.
Telegram kanalımız