Çexiyanın xarici işlər naziri Yan Lipavski rusiyalı vəzifədaşı Sergey Lavrovu təlxək adlandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
Bu, Lavrovun Çexiya prezidenti ilə bağlı fikirlərinə cavabdır: Marqarita pizza
“Təlxək Lavrovun Çexiya prezidenti Petr Pavel haqqında açıqlamaları sadəcə gülüncdür. Rusiya terrorçu dövlətdir və onun rəhbərliyi beynəlxalq tribunal qarşısında cavab verməlidir”.
Xatırladaq ki, “Politico”ya verdiyi müsahibədə Pavel deyib ki, Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olmasında Çinə vasitəçi kimi etibar edilə bilməz, çünki müharibəni davam etdirmək Pekinin marağındadır.
Buna cavab olaraq Lavrov bildirib ki, Çexiya prezidenti Petr Pavelin Çin haqqında dediyi sözlər normal siyasətçinin işinə uyğun gəlmir.
Telegram kanalımız