İllər əvvəl Bakıda belə geyinirdi – Niyaməddin Musayevdən maraqlı etiraf

saytların hazırlanması

Evə çatdırılma

İllər əvvəl Bakıda belə geyinirdi – Niyaməddin Musayevdən maraqlı etiraf

Şou

07 Noyabr 2026 13:48 48


Xalq artisti Niyaməddin Musayev illər əvvəlki qeyri-adi geyim tərzi ilə bağlı maraqlı xatirəsini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” proqramında danışıb:

“O vaxtlar platformalı ayaqqabıları, trapez şalvarları dəbə təzə-təzə mən gətirmişəm. Qeyri-adi geyimlər idi, seçilirdi. Geyinmişəm, boğazımda boyunbağı, biləyimdə qolbaq, əynimdə maraqlı köynək, əlimdə isə qaval... Toyxanaya gedəndə əvvəlcə aşpazlar mənə baxıb güldülər. Tarzən Əhsən Dadaşova dedim ki, “Gördün, demişdim ki, məni bura gətirmə”. Cavab verdi ki, “Sən narahat olma”. Dominos pizza

Toy sahibi gəlib bizi qarşıladı və getdik yemək yedik. Toya girəndə gördüm ki, məclisin ucu-bucağı görünmür. Toyxanada hamı mənə baxıb “Bu nədir?” deyirdi. Oturduq. Bir kişi ayağa qalxıb bizə tərəf gəldi və əllilik qoydu. O vaxt Bakı camaatı musiqiçilərə yaxşı pullar xərcləyirdi. Əhsənlə danışmağa başladı. Dedi ki, “Əhsən, bir "Humayun" səslənsin”. Əhsən dilləndi ki, “Oxumağı ilə?” Kişi isə “Bu oxuyacaq?” deyə soruşdu. Əhsən cavab verdi ki, “Bu yox, Niyaməddin Musayev, məşhur oxuyandır. Əlbəttə, o oxuyacaq". Soruşdu ki, qəzəllər kimdən olacaq? Dedim “Ay kişi, üzünü mənə çevir və danış. Əhsən müəllimlə niyə danışırsan? Mən oxuyacağam. Qəzəllər klassik olacaq, Seyid Əzim Şirvaninin, Füzulinin, Vahidin qəzəlləri. 

Muğam ifaçıları “Humayun”a başlayanda əvvəlcə uzun instrumental giriş edirlər. Mən isə birbaşa qəzəllə başladım. Kişi sonda gəldi və dedi ki, “Oğul, məni bağışla. Dilim qurusun. Mən bilməzdim ki, bu geyimdə belə oxumaq olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!