Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOLAR

İdman

07 Noyabr 2026 13:35 69


Xankəndi şəhər stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

"Yeni Sabah" xəbər verir ki, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionun açılış mərasimində iştirak edib.

Qeyd edək ki, 1956-cı ildə istifadəyə verilən stadion 2023-cü ildə Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra əsaslı şəkildə yenidən qurulub. Arena UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb, ərazisi 3.39 hektara çatdırılıb. pizza hut

Stadionun tamaşaçı tutumu 8 554 nəfərdir. Oturacaqlardan 8 214-ü standart, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.

Ölçüləri 105x68 metr olan futbol meydançasına süni ot örtüyü döşənib. Meydançanın ətrafında isə qaçış, maneələrlə qaçış, uzununa tullanma və digər atletika növləri üçün zonalar yaradılıb. (Milli.az)

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!