Dünyanın ən çirkli havası bu şəhərdədir – Rəqəmlər şoka salır

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən çirkli havası bu şəhərdədir – Rəqəmlər şoka salır

Dünya

07 Noyabr 2026 13:37 79


Hindistanın paytaxtı Dehli havanın çirklənmə səviyyəsinə görə dünyanın ən böyük şəhərləri arasında ilk pilləyə yüksəlib. Şəhərdə qeydə alınan göstəricilər digər iri şəhərlərlə müqayisədə ciddi fərq yaradıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

IQAir platformasının noyabrın 7-nə olan məlumatına əsasən, Dehlidə havanın keyfiyyət indeksi ABŞ şkalası ilə 581-ə çatıb. Bu göstərici Pakistanın Lahor şəhərində qeydə alınan 285 indeksindən təxminən iki dəfə yüksəkdir. pizza hut

Hindistanın Mərkəzi Çirklənməyə Nəzarət Şurası isə paytaxtda hava keyfiyyəti indeksini 363 olaraq açıqlayıb. Qurum bu səviyyəni çox pis kateqoriyasına daxil edib.

Qeyd edək ki, müxtəlif qurumların istifadə etdiyi ölçmə şkalaları və hesablama metodları fərqləndiyindən göstəriciləri birbaşa müqayisə etmək düzgün hesab olunmur.

Vəziyyətin ağırlaşması fonunda Dehli və ətraf rayonlarda məktəblərə distant təhsil imkanını nəzərdə tutmaq tapşırılıb. Sakinlərə isə işlərini mümkün qədər məsafədən davam etdirmək tövsiyə olunub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!