Maaş alanlara vacib xəbər -   Limit AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Maaş alanlara vacib xəbər - Limit AÇIQLANDI

İqtisadiyyat

07 Sentyabr 2026 11:07 284


Əməkhaqqının müəyyən hissəsini həyatın yığım sığortasına yönəldən işçilər üçün vergi və sosial sığorta güzəştlərinin tətbiqi ilə bağlı qaydalar açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə qeyri-dövlət sektoruna aid işəgötürənin işçinin vergiyə cəlb olunan gəlirinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, müəyyən edilmiş şərtlər daxilində həmin sığorta haqları məcburi dövlət sosial sığorta haqqına da cəlb edilmir. Toyuqlu pizza

Məsələn, işçinin aylıq əməkhaqqı 5 000 manatdırsa, onun 2 500 manatadək hissəsi həyatın yığım sığortasına yönəldilə bilər.

5 000 × 50% = 2 500 manat.

Bu halda 2 500 manatlıq sığorta haqqına güzəşt tətbiq edilir.

Əgər sığorta haqqı 2 800 manat olarsa, 50 faizlik həddi aşan 300 manat güzəştdən kənarda qalır və ümumi qaydada vergiyə və məcburi dövlət sosial sığorta haqqına cəlb edilir.

2 800 – 2 500 = 300 manat.

Qeyd edək ki, güzəştdən istifadə üçün yalnız 50 faizlik limit deyil, müqavilənin ən azı 3 il müddətinə bağlanması və sığortaçının Azərbaycan Respublikasında fəaliyyət göstərməsi, həmçinin işəgötürənin qeyri-dövlət sektoruna aid olması kimi şərtlər də nəzərə alınır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!