Macarıstanda yeni prezident seçildi

saytların hazırlanması

Evə çatdırılma

Macarıstanda yeni prezident seçildi

Dünya

11 Avqust 2026 18:19 53


Macarıstan Parlamenti Andraş Bakanı ölkə prezidenti seçib. 

"Yeni Sabah" xəbər verir ki, gizli səsvermə zamanı 140 parlament üzvü keçmiş Ali Məhkəmə sədrinin namizədliyini dəstəkləyib, 6-sı əleyhinə səs verib, 53 nəfər isə səsvermədə iştirak etməyib. Seçkilər üçün 199 parlamentarinin üçdə iki səs çoxluğu tələb olunurdu. Yeni prezident vəzifəsinin icrasına 19 avqustda başlayacaq.

Andraş Baka 2009-cu ildən 2011-ci ilə qədər Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. O, keçmiş Baş nazir Viktor Orbanın başlatdığı məhkəmə islahatı nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi bu qərarı qanunsuz hesab edib. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!