Keçmiş nazir dəhşətli qəzada öldü

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş nazir dəhşətli qəzada öldü

Hadisə

29 Oktyabr 2026 08:08 92


İspaniyanın keçmiş əmək və sosial təminat naziri Fatima Banez oktyabrın 28-də Toledo əyalətində baş verən qatar qəzasından sonra itkin düşüb. O, toqquşan qatarlardan birində olub və hələlik yeri barədə məlumat yoxdur.

Publika.az xəbər verir ki, bu barədə İspaniya Biznes Təşkilatları Konfederasiyası (CEOE) və müxalif Xalq Partiyasının nümayəndələri məlumat yayıblar.

Məlumata görə, Banez Sevilyada keçiriləcək biznes tədbirində iştirak etmək üçün səfərə çıxıb və qəza zamanı “Iryo” şirkətinə məxsus qatarda olub. Marqarita pizza

Keçmiş nazirin qəza nəticəsində həlak olduğu ehtimal edilir. Xalq Partiyasının sədri Alberto Nunez Feiju keçmiş nazirin taleyi ilə bağlı hələlik təsdiqlənmiş məlumatın olmadığını bildirib. Banezin ailəsi də hadisə yerinə, Toledo əyalətinə yollanıb.

Qeyd edək ki, qəza Madrid–Sevilya marşrutu üzrə hərəkət edən iki sürətli qatarın toqquşması nəticəsində baş verib. Hadisə zamanı çoxsaylı insan həlak olub, xəsarət alanlar var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!