Makron Gümrüyə gəlir

saytların hazırlanması

Evə çatdırılma

Makron Gümrüyə gəlir

Dünya

30 Aprel 2026 13:01 93


Fransa Prezidenti Emmanuel Makron mayın 3-5-də Ermənistana səfər edəcək.

“Yeni Sabah” “News.am”a istinadən xəbər verir ki, səfər çərçivəsində o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə qatılacaq.

E.Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla əvvəlcə təkbətək, ardınca geniştərkibli görüş keçirəcək. Görüşlərdən sonra sənədlərin imzalanması mərasimi və liderlərin mediaya birgə açıqlamaları nəzərdə tutulub.

Fransa Prezidenti həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.

Səfər proqramına əsasən, Emmanuel Makron Baş nazir Nikol Paşinyanla birlikdə Gümrüyə də səfər edəcək. Orada 1988-ci il zəlzələsi qurbanlarının xatirəsi yad olunacaq. Həmçinin liderlər Gümrüdə “Musiqi Körpüsü: Ermənistan-Fransa” adlı konsertdə iştirak edəcəklər.

Aytəkin Əzizqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!