Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Manatın alıcılıq qabiliyyəti sürətlə düşür  - “Təhlükəli proses gedir”
25 Okt 2021 13:00
3326

Manatın alıcılıq qabiliyyəti sürətlə düşür - “Təhlükəli proses gedir”

“Türk lirəsinin dəyərdən düşməsinin bir neçə fundamental səbəbi var. Son zamanlar bu prosesin sürətlənməsinin əsas səbəbi Türkiyə Mərkəzi Bankının gözlənilməz şəkildə faiz endiriminə getməsi oldu. Bank uçot dərəcəsini birdən-birə 2% qabağa çəkdi ki, bu da lirənin ucuzlaşmasının sürətini artırdı”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. O, bundan öncəki illərdə də lirənin ucuzlaşdığını xatırladıb:

“Bundan öncə də lirə ucuzlaşmağa davam edirdi. Səbəb isə turizm gəlirlərinin kəskin azalması, idxal-ixrac əməliyyatlarında mənfi saldonun dərinləşməsi və dünyada enerji daşıyıcılarının qiymətinin artmasıdır. Bildiyimiz kimi Türkiyə enerji daşıyıcılarıdan kifayət qədər asılı ölkədir, yəni xaricdən alır. İstənilən halda bu proses dollara olan tələbi artırır.

Qeyd edək ki, Türkiyənin həm dövlət həm də özəl sektorlarının kifayət qədər böyük həcmdə xarici borcları var. Bu xarici borc zaman-zaman dollara olan tələbatı artıran əsas faktorlardan birinə çevrilir və xarici borcun qaytarılmasının zamanı gəldikdə, dollara olan tələbat artır”.

Ekspert dolların bahalaşması, lirənin ucuzlaşmasının siyasi səbəbləri olduğunu bildirib:

“Son zamanlar Qərblə gərginləşən münasibətlərin də lirəyə təsiri var.

Bugün lirə təqribən 1,5% dəyər itirir, 1 dollar isə 980 lirəyə yaxınlaşır. Son sıçrayışın əsas səbəbi Türkiyə prezidentinin 10 Qərb diplomatının ölkədən çıxarılacağı ilə bağlı bəyanat yayması oldu. Siyasi gərginlik türk lirəsinə mənfi təsir göstərən amilə çevrilir.

Türkiyədə lirənin dəyərdən düşmə prosesi bir müddət davam edə bilər. Çünki turizm hələ tam gücü ilə çalışa bilmir, valyuta gəlirləri azalır və enerji daşıyıcılarının qiyməti artdıqca, valyutaya tələbat artır. Qərb dövlətləri, Amerika və Avropa birliyi ölkələri ilə siyasi gərginlik, lirənin ucuzlaşmasının əsas səbəblərindən biridir”.

Natiq Cəfərli bu prosesin Azərbaycana təsir edib-etməməsi haqqında da danışıb:

“Türkiyədə baş verənlərin Azərbaycanın məzənnə siyasətinə heç bir təsiri yoxdur. Çünki Azərbaycan manatı Mərkəzi bankın qərarı ilə inzibati qaydada tənzimlənir. Neftin qiymətinin çox yüksək olması da manata olan məzənnə basqısını azaldır.

Manatın başqa problemi var. Manat alıcılıq qabiliyyətini itirir. Yəni inflyasiya sürətlə gedir, qiymətlər artır və manatın alıcılıq qabiliyyəti sürətlə düşür. Bu ən az devalivasiya qədər təhlükəli prosesdir”.

İqtisadçı Türkiyədən Azərbaycana gətirilən malların qiymətinin dəyişməməsinə də toxunub?

“Lirənin ucuzlaşması prosesi yeni başlayıb. Bir müddət keçməlidir ki, qiymətlərə təsiri olsun. Lakin ciddi ucuzlaşmanın olması da mümkün deyil. Çünki Türkiyənin özündə də inflyasiya prosesləri gedir. Devalivasiya olduqca, lirə dəyərdən düşdükcə, qiymətlərdə qalxır. Hazırda Türkiyədə inflyasiya 20%-ə yaxılaşır.

Digər məsələ isə kargo ilə bağlıdır. Yol, kargo xərcləri artır, bu Azərbaycandan qaynaqlanan problemdir. Azərbaycan kargo şirkətləri qiymətləri artırır. Bu da dünyada gedən logistik böhranla əlaqədardır. Yol xərcləri artdıqca qiymətlərin azalması mümkünsüz hal alır”.

Mehri Qurban 

Manatın alıcılıq qabiliyyəti sürətlə düşür  - “Təhlükəli proses gedir”
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər