Marketdə satılan yağlar müqayisə edildi – Hansında əlavə maddələr var?

saytların hazırlanması

Evə çatdırılma

Marketdə satılan yağlar müqayisə edildi – Hansında əlavə maddələr var?

Sağlamlıq

15 Oktyabr 2026 09:58 85


Sosial şəbəkələrdə yerli marketlərdə satılan qarğıdalı yağlarının tərkibi ilə bağlı müqayisə aparılıb. Məhsulların etiketlərini araşdıran istifadəçi bəzi markaların tərkibində əlavə maddələrin olduğunu üzə çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, araşdırmanı aparan şəxs heç bir markanı pisləmək və ya reklam etmək məqsədi güdmədiyini, əsas hədəfinin istehlakçıları məlumatlandırmaq olduğunu bildirib.

Müqayisəyə əsasən, “Möcüzə” markasının kərə ləzzətli qarğıdalı yağının tərkibində kərə yağı aromatizatoru və E160a kodlu beta-karotin rəngləyicisi var. pizza sifarişi

“Zolotoye Solnışko” markasının qarğıdalı yağında da E160a rəngləyicisinin olduğu qeyd edilib.

İtaliya istehsalı olan “Divo” markasının etiketində məhsulda fındıq və soya izlərinin ola biləcəyi barədə xəbərdarlıq yer alıb.

“Miad” markası isə 100 faiz saf, rəfinə edilmiş qarğıdalı yağı kimi təqdim olunur.

Araşdırmada “Olitalia”, “Kırlangıç”, “Komili” və “Sunar” markalarının da tərkibində yalnız rəfinə edilmiş qarğıdalı yağının göstərildiyi bildirilib.

Qarğıdalı yağı alarkən yalnız markaya və qiymətə deyil, məhsulun etiketinə də diqqət yetirmək vacibdir. İlk növbədə, tərkib siyahısını oxuyaraq əlavə maddələrin və başqa yağların olub-olmadığını yoxlamaq lazımdır. Məhsulun rəfinə edilmiş və ya soyuq sıxım üsulu ilə hazırlanması da nəzərə alınmalıdır. Yağın doymuş yağ miqdarı, istehsal və son istifadə tarixləri, eləcə də qablaşdırmanın işıqdan qoruma xüsusiyyəti seçim zamanı əhəmiyyət daşıyır. Bundan başqa, etibarlı istehsalçıya üstünlük vermək, şübhəli dərəcədə ucuz məhsullara isə ehtiyatla yanaşmaq tövsiyə olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!