Gəncənin Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının həkimi İradə Dəmirova vəfat edib.
Ölkə.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
İ.Dəmirova xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışırdı. Online shopping Azərbaycan
Qeyd edək ki, Dəmirova İradə Kamil qızı 21 fevral 1962-ci ildə Tovuz şəhərində anadan olub.
1978–1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1984–1985-ci illərdə Bakı şəhərində 1 nömrəli Klinik Xəstəxanada internatura keçib.
1986-cı ildə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasında ordinator həkim kimi fəaliyyətə başlayıb. 1992-ci ildə Hepatologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
2019-cu ildə Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi, 2021-ci ildən isə Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, 2002-2020-ci illərdə Gəncə şəhərinin böyüklər üzrə baş infeksionisti olub.
Telegram kanalımız