Maskadan qurtulma vaxtı yetişib? -   “Pandemiya bitməyincə, çıxarmayacam”

saytların hazırlanması

Evə çatdırılma

Maskadan qurtulma vaxtı yetişib? - “Pandemiya bitməyincə, çıxarmayacam”

Sosial

16 Aprel 2022 14:59 752


“Pandemiya bitməyincə, maskanı çıxarmayacam”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, Azərbaycanda koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün məhdudiyyətlərin ləğv edilməsi, o cümlədən maskadan imtinanın vaxtının çatdığı deyənlərlə razılaşmır.  pizza hut

Fəzail Ağamalı bildirib:

“Doğrudur, ölkədə yoluxanların sayı azalıb, sağalanların sayı isə çoxalıb. Ölən də demək olar ki, yoxdur. Dünyada da bu tendensiya davam edir. Azərbaycan indiki durumda yoluxma sayının azalmasına görə seçilən nadir ölkələrdən biridir. Operativ Qərargahın həyata keçirdiyi tədbirlər, xalqın məsuliyyət hissi tezliklə COVID-dən xilas olmaya dair müsbət fikir yaradır.

Artıq bir çox qadağalar, məhdudiyyətlər aradan qaldırılıb. Lakin dünyada pandemiya hələ də davam edir. Yoluxanların sayı 0-a düşməyib. Özüm də pandemiya bitməyincə, maskanı çıxarmayacağam. Başqaları da öz sağlamlıqları üçün maskadan istifadə etsə, yaxşı olar. Bu ancaq sağlamlığa xidmət edir. Maska ilə hər kəs sağlamlığını sığortalamış olur”.

Nəzrin Vahid 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!