"Yeni Sabah"a valideynlərin ünvanladığı şikayətlərdən biri məktəblilər arasında söyüşün yayılması, onların küçə leksikonundan istifadə etməsidir. Hətta aşağı siniflərdə bu bu hal geniş yayılıb.
Jurnalist Məzahir Məmmədli Yenisabah.az-a açıqlamasında deyib ki, bu, daha çox qəsəbə məktəblərinə xasdır:
“Təəssüf ki, Yasamal, Xəzər, Sabunçu, Qaradağ rayonunda yerləşən məktəblərdə də bu neqativ hal kütləviləşib. Təqsirkar həm valideynlər, həm də müəllimlərdir. pizza
Ümumtəhsil məktəbləri üçün 34 həftəlik tədris nəzərdə tutulub. Lakin Təhsil Nazirliyində təsdiq olunmuş plan üzrə fəaliyyət qüsurlu qurulub. İbtidai siniflərdə uşaqlarla psixoloq məşğul olmalıdır. Valideyn iclasları keçirilməli, bu cür mövzular iclaslarda müzakirə olunmalıdır.
Sözügedən rayonların heç birində pedaqoji şuralar çağırılmır, valideyn komitələri də yoxdur ki, iclaslar təşkil olunsun. Ümumiyyətlə, məktəblərdə tədris dərs proqramına uyğun deyil”.
M. Məmmədli qeyd edib ki, bəzi məktəb rəhbərləri pedaqoji şuradan məlumatsızdır:
“İbtidai siniflərdə 4-5 saat dərs keçilir. Dərs vaxtının bitməsinə az qalmış valideynlər uşağı götürmək üçün məktəb qapısında dayanır. Yaxşı olardı ki, dərs bitən kimi uşaqlar evə tələsməsin. 10 dəqiqə də olsa, psixoloqla söhbət etsinlər.
Ümumiyyətlə, bu kimi halların qarşısını almaq üçün valideyn-məktəb-şagird üçbucağı qurulmalıdır”.
Nəzrin Vahid
Telegram kanalımız