“Uşaqlar ailə diqqətindən kənarda qaldığı üçün çöldə özlərini isbatlamağa çalışırlar”.
Yenisabah.az xəbər verir ki, bu sözləri ARB telekanalında yayımlanan "Diqqət efir" verilişində psixoloq Gülnar Sadiq deyib.
Qeyd edək ki, son zamanlar yeniyetmələr arasında kriminal aləmə maraq halları güclənib. Məktəblilər yaşlarına yaraşmayan hərəkətləri nümayiş etdirirlər. Bu da insanlar arasında xoş qarşılanmır. Toyuqlu pizza
Psixoloq qeyd edib ki, onlar sanki bu hərəkətləri ilə ailədə yaranan boşluğu doldurmağa çalışırlar:
“Ailə tərəfindən ona hegemonluq göstərildiyi zaman o da bunu kənarda edir. Balaca uşaqların yanında özünü böyük biri kimi aparır. Sanki öz aləmində düzgünlüyü bəpa etməyə çalışır. Ailədə yaranan boşluğu sanki bu şəkildə doldurmağa çalışırlar. Uşaqların asudə vaxtının səmərəli keçirməsi üçün valideyn ona məşğuliyyət verməlidir”.
Təhsil eksperti Kamran Əsədov isə uşaqların informasiya bolluğunda boğulduğunu vurğulayıb:
“Bu gün uşaqlar arasında baş verən zorakıllıq, fiziki xəsarət hallaın artması onu göstərir ki, biz uduzmuşuq. Uşaqlar İnformasiya bolluğunda boğulurlar, biz də düzgün yön verə bilmirik”.
Sosial media mütəxəssisi Nadir Kərimovun sözlərinə görə, uşaqlarda kriminal aləmə marağı artıran ən birinci amil sosial şəbəkələrdir:
“Yaradıcılar görürlər ki, insanlarda həmin süjet xətləri, musiqilər daha çox maraq oyadır. Onlar artıq məcburdular ki, o cür musiqilər, filmlər yaratsınlar. Bu tip videolar “TikTok”da daha çox izlənilir. Çox təəssüflər olsun ki, bu belədir”.
Nəzrin Vahid
Telegram kanalımız