Hazırda Azərbaycan Kinomatoqrafçılar İttifaqında (AKİ) qeyri-müəyyən vəziyyət yaranıb. Bu, qurumun yeni sədrinin seçilməsi və ya seçilməməsi ilə bağlıdır. AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. Bundan sonra Nizamnaməyə uyğun olaraq, ittifaqın rəhbəri səlahiyyətlərini birinci katib, məşhur Xalq artisti Şəfiqə Məmmədova icra etməyə başlayıb. Daha sonra İdarə Heyəti yeni sədr seçmək üçün qurultayın keçirilməsi barədə qərar qəbul edib.
Mayın 26-da “Landmark” hotelində keçirilən toplantıda (iştirakçılar bunu AKİ-nin növbədənkənar qurultayı adlandırır, qarşı tərəf isə qanunsuz yığıncaq-red) qurumun katibi, rejissor Əli İsa Cabbarov AKİ-nin yeni sədri seçilib. Lakin ittifaqın bir qrup üzvü tədbirə qatılmayıb və nəticələri tanımırlar.
Sədr postu uğrunda Əli İsa Cabbarov və Şəfiqə Məmmədovanın mübarizə aparacağı gözlənilirdi. Lakin ikinci toplantıya qatılmayıb və onun bu məsələlərlə bağlı mövqeyi məlum deyil. İndi əsas sual bundan ibarətdir: AKİ sədri kimdir? pizza sifarişi
“Yeni Sabah” baş verənlərlə bağlı Ş.Məmmədovanın fikirlərini öyrənməyə çalışıb. Lakin saytımızın cəhdləri nəticəsiz qalıb. Günlərdir suallara cavab verməyən Xalq artisti məsələ barədə danışmaq istəmədiyini bildirib:
“Mən dərsdə oluram. Elə indi də dərsdəyəm. Bir dəqiqə danışmaq üçün də gərək özümü toparlayım, fikirlərimi cəmləyim. Bunlar asan suallar deyil. Özümü toparlayıb sonra cavab verərəm. Məni bağışlayın”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız