Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı - Video

saytların hazırlanması

Evə çatdırılma

Mərhum müğənninin ailəsi Mirəliyevi bağışladı - Video

Şou

03 Noyabr 2023 12:35 1050


Əli Mirəliyevin mərhum Yaqut Həşimova haqqında "Sağikən Yaqut içkili halda mənə zəng vurmuşdu. O, yolunu azmışdı" açıqlaması bağışlanıb.

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial proqramda o, mərhum müğənninin bacısı Şəlalə Nəriman və onun valideynlərindən üzr istəyib. 

Canlı efirdə müğənni Şəlalənin önünə gəlib. Mərhumun bacısı ayağa qalxaraq Əli Mirəliyevi qucaqlayıb.  pizza mizza

Bundan sonra Şəlalə bildirib ki, Əli Mirəliyev bacısı Yaqutun məzarı başına gedərək onun ruhundan üzr istədiyinə görə valideynləri də bağışlayıb. Onlar müğənninin üzürünü qəbul edib. 

Mərhum Yaqut Həşimova "Azəristar" yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.  Onu əri Anar Həşimov qətlə yetirib. Onlar 2013-cü ildə ailə həyatı qurub və bir övladları var.    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!