Məşhur aktrisanı sarsıdan ölüm - 18 illik dostunu itirdi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktrisanı sarsıdan ölüm - 18 illik dostunu itirdi

Şou

11 Sentyabr 2026 17:11 120


“Duzlu Qəhvə” serialında canlandırdığı Hatun obrazı ilə ekranlarda olan Binnur Kaya bu dəfə karyerası ilə deyil, yaşadığı acı itki ilə gündəmə gəlib.

 “Yeni Sabah” xəbər verir ki, tanınmış aktrisanın 18 ildir qayğısına qaldığı “Güzel” adlı iti vəfat edib. Heyvansevərliyi ilə tanınan Binnur Kaya sosial media hesabında paylaşım edərək uzun illər dostluq etdiyi itinə vida edib.

Aktrisa paylaşımında 18 illik dostunu “can yoldaşım” adlandıraraq onun həyatındakı xüsusi yerindən söz açıb: Pepperoni pizza

“18 illik dostum, can yoldaşım, Güzelim... Sığınacaq həyatında diri-diri yandırılan, müxtəlif işgəncələrə məruz qalan bir canlının ömrümə hədiyyəsi...

“Heyvan” sözünün söyüş kimi istifadə edildiyi bir dünyada insan olmağın ən gözəl hallarını mənə öyrədən gözəllər gözəli dostum... Göz-gözə olduğumuz, qəlblərimizin birlikdə döyündüyü hər an üçün, dünyanı gözəlləşdirən dəyərli varlığın üçün minnətdaram.

Bu dünyadan bir Güzel keçdi... Ölən yalnız bədəndir, canlar ölməz. Sağ ol, canımın parçası... Səndən əvvəl gedənlərə salam söylə, hamınızı həsrətlə qucaqlayıram. Yola saldığımız bütün canlara salam olsun... Bir gün mütləq...”

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!