Məşhur reper həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Məşhur reper həbs olundu

Şou

17 Avqust 2025 19:43 332


Məşhur “Beautiful Girls” mahnısının ifaçısı, amerikalı reper Şon Kinqston 1 milyon dollarlıq dələduzluq işi üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə həbs edilib.

Yenisabah.az xəbər verir ki, o, anası ilə birlikdə elektron vasitələrlə həyata keçirilən dələduzluq əməliyyatında ittiham olunub.

İstintaq müəyyən edib ki, onlar bahalı əşyaları - o cümlədən lüks saatlar, 232 düymlük LED televizor, gülləkeçirməz "Cadillac Escalade" avtomobili və mebelləri qanunsuz yolla əldə ediblər. Ümumi ziyanın 1 milyon ABŞ dollarından çox olduğu bildirilir. Dördpendirli pizza

Reperə hökm elan edilməzdən əvvəl məhkəmədən üzr istəyib və etdiyi hərəkətlərdən dərs aldığını bildirib.

Qeyd edək ki, onun anası Cenis Törner bu ilin iyul ayında 5 il müddətinə azadlıqdan məhrum edilib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!