Şimali Amerika Çempionlar Kubokunun final qarşılaşması "İnter Mayami"nin tarixi zəfəri ilə başa çatıb. Rəqibi "Krus Asul"u 2:0 hesabı ilə məğlub edən ABŞ təmsilçisi tarixində ilk dəfə bu mötəbər titula yiyələnib.
“Yeni Sabah” xəbər verir ki, qarşılaşmanın qəhrəmanı 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan komandanın kapitanı Lionel Messi olub.
Matçın 24-cü dəqiqəsində Luis Suaresin ötürməsini dəqiq tamamlayan Lionel Messi hesabı açıb. Görüşün 81-ci dəqiqəsində isə Messinin məhsuldar ötürməsindən sonra Kazemiro fərqi iki topa çatdıraraq matçın yekun hesabını müəyyənləşdirib. Bu qələbə ilə "İnter Mayami" öz muzeyinə növbəti tarixi kuboku əlavə edib. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız