Kiyevə tükənmiş uran mərmilərinin tədarükünə görə məsuliyyət Böyük Britaniyanın üzərinə düşəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O, Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi Ceyms Hippinin Britaniyanın Kiyevə tanklar üçün minlərlə mərmi, o cümlədən tükənmiş uran göndərməsi ilə bağlı bəyanatını şərh edib. Dominos pizza
"Britaniyalılar başa düşməlidirlər ki, bunun üçün məsuliyyət daşımalı olacaqlar, - deyə Peskov vurğulayıb. - Əlbəttə, bu cür sursatlardan birbaşa istifadə edəcək şəxslər başa düşməlidirlər ki, onlar nəinki özlərinə və vətəndaşlarına düzəlməz zərər vuracaqlar, həm də buna görə məsuliyyət daşımalı olacaqlar”, - Peskov bildirib.
Telegram kanalımız