UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda “Vestri” (İslandiya) ilə ev oyunu keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, “Bakı Metropoliteni” QSC sabah iş rejimini dəyişdiriləcək.
"Oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. pizza sifarişi
Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək", - deyə məlumatda bildirilir.
Telegram kanalımız