“MİDA-nın son mənzil satışının nəticələri ləğv olunmalıdır!”

saytların hazırlanması

Evə çatdırılma

“MİDA-nın son mənzil satışının nəticələri ləğv olunmalıdır!”

Sosial

15 Aprel 2022 10:17 2453


“MİDA-da onlayn yolu ilə son mənzil satışının nəticələri ləğv olunmalıdır”.

Bu sözləri Yenisabah.az-a hüquqşünas Aslan İsmayılov deyib. O, DTX tərəfindən saxlanılan şəxşlərin özbaşına sistemə daxil ola bilməyəcəyini və bu işdə kimlərinsə əli olduğunu bildirib:

“MİDA ilə baş verənlər, gənclərin evini yıxmaq, arzusunu, gələcəyə ümidini qırmaq deməkdir. Orada hansısa İT mütəxəsisinin həbsi ilə iş yekunlaşmamalıdır. İT mütəxəsislərini də idarə edən kimlərsə var. Bunların hamısını hüquq-mühafizə orqanları araşdıracaq.  Dominos pizza

İT mütəxəsisləri özbaşına ora daxil olub bu əməliyyatları edə bilməz. 6 nəfər müxtəlif yerlərdən bu cür mükəmməl sistemə qoşula bilməzlər. Onları ora qoşanlar var. Araşdırıldıqdan sonra aydın şəkildə bilinəcək ki, o mütəxəssisləri kimlər oraya yönləndirib”.

Bildirək ki, bu gün DTX MİDA-nın son onlayn satış prosesinə xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilməsi haqda məlumat yayıb. Faktla bağlı cinayət işi açılıb və saxlanılanlar var. 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!