Milli Məclis yeni cərimələr müəyyənləşdirir

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis yeni cərimələr müəyyənləşdirir

Sosial

23 Fevral 2024 12:57 487


Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Toyuqlu pizza

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!