MN məlumat yaydı: Döyüş təyyarələri ilə... - Video

saytların hazırlanması

Evə çatdırılma

MN məlumat yaydı: Döyüş təyyarələri ilə... - Video

Sosial

30 Mart 2022 17:44 434


Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.
Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!