Moskva öz ampluasında: Başını itirən Rusiya “ekspertlər”inin sərsəm bəyanatlarının arxasında nə dayanır?

saytların hazırlanması

Evə çatdırılma

Moskva öz ampluasında: Başını itirən Rusiya “ekspertlər”inin sərsəm bəyanatlarının arxasında nə dayanır?

Siyasət

17 Avqust 2026 22:23 60


Azərbaycan Baş prokurorluğu Rusiya vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.

Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. pizza mizza

Məsələnin mahiyyəti adıçəkilən şəxslərin 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrindədir.

Dörd il yarımdır Rusiya-Ukrayna müharibəsində buynuzları və dişləri sınan velikorus şovinistləri revanşı keçmiş SSRİ-nin digər respublikaları və onların dövlət başçılarından almaq niyyətində olduqlarını gizlətmək istəmədiklərini veriliş boyu nümayiş etdirirlər.

Keçmiş imperiyanın nostaljisi ilə yaşayan bu tip şəxslərin gətirdikləri absurd arqumentlərə bəlkə də fikir verməmək olardı. Belə ki, proqramda jurnalist-ekspert kimi iştirak edənlər Rusiyada bu qisimdə fəaliyyət göstərən yüzlərlə boşboğazlardan biridirlər. Amma verilişdə olanlardan birinin Rusiyanın rəsmi şəxsi olduğunu, daha konkret desək nəqliyyat nazirinin müşavirinin olmasını nəzərə aldıqda, demək olar ki, ya həmin şəxs nə dediyini bilmir, ya da orada səslənən fikirlər heç də təkcə həmin fərdlərin beyinlərinin məhsulu deyil və Kremlin hansısa qülləsinin rəsmən ifadə edə bilmədiyi fikirlərdir.

Verilişdə deyilənləri qısaca icmal etsək qeyd edə bilərik ki, iştirakçılar Ukrayna ilə normal münasibət saxlayan keçmiş post-sovet məkanına daxil olan ölkələrin dövlət başçılarının buna görə cəzalandırılmalı olduqlarını bildirirlər və Rusiya ilə hansısa danışıqların pozulduğunu bəyan edirlər. Hüququ çərçivə kimi isə "ekspertlər" dövlət başçılarının keçmiş SSRİ dövründə anadan olduqlarını və ona görə də olmayan dövlətin qanunlarına tabe olmalı olduqlarını bəyan ediblər. Bu şəxslər hesab edirlər ki, Rusiyanın post-sovet məkanında istənilən şəxsin özünün qanunlarına uyğun mühakimə etməyə ixtiyarı var.

Ən gülməlisi isə Rusiyada ədalət məhkəməsinin olduğunu iddia etməkdir. Bu ölkədə məhkəmənin ədalətinə Yekaterinburqda azərbaycanlıların başına açılan oyundan sonra inanan ancaq həddən artıq sadəlövh insan ola bilər. Yaxud da, elə bu yaxınlarda seçkilərdə qeydə alınan "Yabloko" partiyasının müharibə əleyhinə şüarlarla çıxış etməsindən sonra absurd arqumentlərlə qeydiyyatının ləğv olunması Rusiyada məhkəmə və ədalət ifadələrinin biri-birinə tam əks olduğunu nümayiş etdirdi.

Rusiyanın dövlət rəhbərliyinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilməsi faktını yaddan çıxaran bu tip ekspertlər post-sovet məkanına daxil olan dövlətlərin başçılarını təqib etmək kimi hüquqa malik olduqlarını iddia edirlər.

SSRİ-nin 30 ildən çoxdur dağılmasına baxmayaraq, Rusiyada bir sıra insanlar hələ də hesab edirlər ki, bu məcburi ittifaqa daxil olmuş, hazırda müstəqilliklərini bərpa edən dövlətlər bütün strateji addımlarını Kremllə razılaşdırmalı, daxili və xarici siyasətlərini onlarla uzlaşdırmalı, necə yaşamalı olduqlarını, hansı kursu seçmələrini məsləhətləşməli, kiminlə dostluq etməli olduqlarını Moskvadan icazə almalıdırlar.

Ukrayna torpaqlarında güclü, nəhəng dövlət mifini itirən, son 26 ildə dünyada qazandığı siyasi və iqtisadi mövqeləri qısa müddətdə əldən verən, beynəlxalq aləmdə təcrid edilmiş ölkələri özünə strateji əməkdaş bilən dövlətin vətəndaşları olan bu ekspertlər hələ də anlamaq qabiliyyətində deyillər ki, indi 1920-ci il deyil. O dövrün üzərindən 100 il keçib və bu əsr ərzində Rusiyanın özünün arxa bağçası hesab etdiyi ölkələr müstəqil xarici siyasət yürüdüb, heç kimdən icazə almadan dostluq etmək istədikləri dövlətləri seçə bilərlər.

Azərbaycana gəldikdə isə, yürüdülən prinsipial xarici siyasət Moskvanın bəyənib-bəyənmədiyindən asılı olmayaraq dövlətin, xalqın maraqlarına uyğun, beynəlxalq prinsiplərə əsasında və ən əsası ədalət meyarlarına əsaslanıb. Məhz bu səbəblərdən rəsmi Bakı Krımı Rusiya tərəfindən ilhaq olunan ərazi, Ukraynanın Rusiya ordusunun tapdağı altında olduğu ərazilər isə işğal olunan torpaqlar kimi qəbul edir.

Yuxarıda adıçəkilən şəxslər isə studiyada özlərini çox rahat, mühafizə olunan hiss etsələr də, onların xalq dilində desək yekəxanalığı Rusiyanın sərhədlərini keçəndən sonra yoxa çıxacaq, çünki artıq qeyd edildiyi kimi Azərbaycanın Baş prokurorluğu tərəfindən onlar beynəlxalq axtarışa veriliblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!