Moskvada müdafiə nazirləri bir araya gəldi - Suriya məsələsi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada müdafiə nazirləri bir araya gəldi - Suriya məsələsi

Dünya

25 Aprel 2023 16:27 528


Türkiyənin milli müdafiə naziri Hulusi Akar ve MİT rəhbəri Hakan Fidan Rusiya müdafiə naziri Sergey Şoygu, İran müdafiə naziri Məhəmməd Reza Aştiyani və Suriya müdafiə naziri Əli Mahmud Abbas, eyni zamanda, Rusiya, İran və Suriya kəşfiyyat xidmətlərinin rəhbərləri ilə Moskvada görüşüblər.

Yenisabah.az xəbər verir ki, görüşdə Suriyadakı təhlükəsizlik vəziyyətinin gücləndirilməsi, Türkiyə-Suriya əlaqələrinin normallaşdırılması istiqamətində atıla biləcək real addımlar, Suriya torpaqlarında terror təşkilatları ilə mübarizə, suriyalı qaçqınların qayıdışına dair səylərin artırılması müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!