Moskvanın mərkəzində, Kudrinskaya meydanında yerləşən restoranda baş verən partlayışda hədəf Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı olub.
"Yeni Sabah" xəbər verir ki, Milli Antiterror Komitəsi (NAK) avqustun 1-də özəl tədbirin keçirildiyi "Balzi Rossi" restoranında əldəqayırma partlayıcı qurğunun işə salındığını açıqlayıb.
Partlayıcı qurğunu daşıyan qadın, onun restorana daxil olmasının qarşısını almağa çalışan mühafizəçi və müştərilərdən biri həlak olub. Daha 21 nəfər yaralanıb. Sezar pizza
REN TV ölənlərin sayının beşə çatdığını bildirib. Daha 2 nəfər xəstəxanada həyatını itirib.
Yerli "Telegram" kanalları isə partlayışın hədəfinin restoranda ad gününü qeyd edən Rusiya Hava-Kosmik Qüvvələrinin Baş Komandanı Aleksandr Çayko olduğunu iddia edib.
Ad günü mərasiminə Rusiya ordusunun çoxsaylı yüksək rütbəli hərbçiləri qatılıblar.
Telegram kanalımız