Moskvaya yeni hücum olacaq? - Zelenski əmr  verdiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Moskvaya yeni hücum olacaq? - Zelenski əmr verdiyini açıqladı

Dünya

25 İyun 2026 00:34 552


Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyata və orduya Rusiyanın müharibəni genişləndirmək üçün istifadə etdiyi obyektlərə qabaqlayıcı zərbələr endirməyi əmr edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, öz teleqram kanalında bildirib.

Prezidentin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərini digər istiqamətlərdən çıxararaq Moskvaya, Valdaya və Krım körpüsünə daha yaxın yerlərdə cəmləşdirir. Dördpendirli pizza

"Təkcə Moskva regionuna onlar S-400, S-500 və "Pantsir" sistemləri üçün yüzlərlə buraxılış qurğusu yerləşdirilib. Rusiyanın digər regionlarından Valdaya 90-a yaxın HHM buraxılış qurğusu cəmləşdirilib, Rusiya rəhbərliyinin rahatlığını qorumaq üçün orada həmçinin xüsusi HHM diviziyası formalaşdırılır", - Zelenski bildirib.

Onun sözlərinə görə, artıq Rusiyanın 60-dan çox regionunda yanacaq qıtlığı, eləcə də benzin və dizelin qiymətlərində kəskin artım müşahidə olunur. Zelenski bildirib ki, Ukraynanın əməliyyatları, o cümlədən Krımdakı əməliyyatlar dəqiq hesablanıb. "Əgər Ukrayna tərəfdaşlarla haqqında danışdıqlarımızı əldə edərsə, o zaman biz operativ şəkildə elə şərait təmin edəcəyik ki, Rusiya sülhü seçməyə məcbur qalsın", - Ukrayna lideri bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!