İranın Ali Rəhbəri Müctəba Xameneinin oğlu Məhəmməd Baqer Hüseyni Xamenei ali məktəbə qəbul olunub.
"Yeni Sabah" Asr-e Iran-a istinadla xəbər verir ki, onun adı humanitar elmlər sahəsində qəbul olunmuş abituriyentlər arasında 106-cı yerdə qərarlaşıb.
Oğul-Xamenei ilə bərabər, hazırkı Ali Rəhbərin qayınatası Qulam Əli Həddad Adelin nəvəsi Mühiəddin Həddad Adel də humanitar fənlər kateqoriyasında 910 balla uğur qazanmış abituriyetlər arasındadır. Sezar pizza
Hər iki şəxs humanitar elmlər üzrə ixtisaslaşmış Fərhəng Oğlanlar Liseyində təhsil alacaq.
Telegram kanalımız