Müğənni: “Bütün vəsiyyətini mənə etmişdi“

saytların hazırlanması

Evə çatdırılma

Müğənni: “Bütün vəsiyyətini mənə etmişdi“

Şou

26 Sentyabr 2022 16:11 1155


"İstəmirəm kiminsə həyatında belə dərd olsun".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu müğənni Aynur Dadaşova deyib.

O əlavə edib: "Ən çox darıxdığım anlarda gəlib bacımın məzarının yanında oturub, təsəlli tapıram. Bacımın ölüm xəbərini eşidəndə özümdə olmadım. Hər gün yanımda olurdu, yeməyimiz, gəzməyimiz bir idi. Heç vaxt məni darıxmağa, ağlamağa, sıxılmağa qoymurdu. Böyük təsəlli verirdi mənə. Heç kimlə məni bölüşmürdü, hər kəsə qısqanırdı. Hər zaman balası üçün fikir edirdi, deyirdi ki, "mən ölsəm balam necə olacaq..."  pizza

Bütün vəsiyyətini də etmişdi. Sağlığında nəyi necə istəmişdisə elə də qisməti oldu. Deyirdi ki, işıqlı yerdə dəfn olunmaq istəyirəm. Gecə saatlarında da məzarı başına gələndə elə bilirəm ki, günün günorta çağıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!