Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb

İqtisadiyyat

26 Noyabr 2026 15:37 38


Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.

İki günlük səfər çərçivəsində “Azersun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.

Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub. ShopByBro

Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azersun Holding” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!