“Starex” karqo şirkətinin xidmətindən narazı olan Osman Məmməd adlı müştəri sosial şəbəkədə etirazını bildirib.
“Yeni Sabah” xəbər verir ki, şikayətçinin sözlərinə görə, rəsmi saytda iş saatı 10:00 göstərilsə də, filiallar gec açılır və çağrı mərkəzi zəngləri cavabsız qoyur.
Mənzilə çatdırılmalı olan bağlamasının səhvən uzaq filiala göndərildiyini vurğulayan müştəri, kuryerin gecə saat 02:00-da çatdırılma etmək üçün əlavə 20 manat tələb etdiyini bildirib. Müştəri şirkətin işindəki özbaşınalığa reaksiya verilməsini tələb edir. pizza mizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız