Yüksək vəzifəyə təyinat alan İbayev Misir Mərdanovun kürəkəni imiş

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyinat alan İbayev Misir Mərdanovun kürəkəni imiş

Sosial

20 Oktyabr 2026 14:11 535


Xəbər verdiyimiz kimi,Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

“Yeni Sabah” Oxu24.com-a istinadla xəbər verir ki, yeni təyinat alan prokuror məşhur ailənin övladıdır.

Belə ki, Pərviz İbayev  uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur. pizza hut

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.2024-cü ildə vəfat edib.

Məlumata görə, Pərviz İbayev keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!